Cəmİyyət

Son 7 gündə Azərbaycana 10 min sərnişin gətirilib

Son 7 gündə Azərbaycana 10 min sərnişin gətirilib
Azərbaycanın milli aviadaşıyıcısı Hökumətin tapşırığı əsasında həmyerlilərimizin vətənə qaytarılması üçün uçuşları davam etdirməkdədir.

Azərbaycan Hava Yolları QSC-dən Sfera.az-a daxil olan məlumata görə, martın 21-nə keçən gecə Azal Naxçıvandan Lənkərana xüsusi reys yerinə yetirib. Həmin reyslə Lənkərana Türkiyədən Naxçıvana avtobuslarla gəlmiş 165 nəfər Azərbaycan vətəndaşı gətirilib. Lənkərana enişdən sonra bütün sərnişinlər karantinə yerləşdirilib.

Mart ayının 22-də Minsk, Moskva, London və Nyu-York şəhərlərindən müvafiq reyslər həyata keçirilib və ümumilikdə 333 vətəndaş ölkəyə gətirilib.

Bu gün 95 Azərbaycan vətəndaşı daşıyan Yekaterinburq reysinin gəlişi gözlənilir.

Mart ayının 23-də Moskva, Sankt-Peterburq, Kiyev, Xarkov və Lvovdan əlavə reyslərin həyata keçirilməsi planlaşdırılır.

Xatırladırıq ki, ölkəyə qayıdan hər bir vətəndaşın tibbi müayinədən keçməsi və karantinə yerləşdirilməsi ilə əlaqədar həmin şəxslərin ölkəyə qaytarılması tarixləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.

Qeyd edək ki, mart ayının 15-dən etibarən hava yolu ilə bütün dünyadan 10 minə yaxın sərnişin Azərbaycana geri qaytarılıb.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930