Cəmİyyət

SON DƏQİQƏ! "ARB24"ün 4 əməkdaşında koronavirus aşkarlanıb

SON DƏQİQƏ!
 

"ARB24" telekanalının 4 əməkdaşında koronavirus aşkarlanıb.

Bunu APA-ya "ARB Media Qrupu"nun mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli deyib. Onun sözlərinə görə, ilk testi pozitiv çıxan 2 əməkdaş karantin şəraitində 1 həftə saxlanıldıqdan sonra verdiyi növbəti testin nəticəsi neqativ olub və evə buraxılıb: "1 əməkdaşımız isə xəstəxana şəraitində həkim nəzarətində saxlanıldıqdan sonra evə buraxılıb, müalicəsi ev şəraitində davam etdirilir. Hazırda 1 əməkdaşımızın müalicəsi xəstəxana şəraitində davam etdirilir. O, özünü yaxşı hiss edir, səhhətində ciddi ağırlaşma yoxdur”.

Qeyd olunub ki, Azərbaycanda koronavirusa ilk yoluxma halı qeydə alındıqdan sonra "ARB Media Qrup”da ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir.

 

"Telekanalın əsas binasına, eləcə də kənardakı çəkiliş studiyalarına daxil olan bütün əməkdaşların və qonaqların hərarəti yoxlanılır. Temperaturu yüksək olanlar içəri buraxılmır, evə göndərilərək, qızdırma davamlı olduğu halda COVID-19 testi verməsi tələb olunur. Binanın girişində, eləcə də bütün mərtəbələrdə əllərin spirtlə dezinfeksiya edilməsi üçün xüsusi qablar qoyulub. Telekanal binasındakı bütün otaqlar hər gecə ultrabənövşəyi şüa vasitəsilə dezinfeksiya edilir.

Əməkdaşlarımız birmənalı olaraq, şirkət daxilində və çəkilişlərdə qoruyucu maskalardan istifadə edirlər, otaqlarda sosial məsafənin qorunması ciddi nəzarətdə saxlanılır.

Əməkdaşımızda virusa yoluxma ilə bağlı ilk fakt aşkarlandıqdan sonra telekanalın binasında bir neçə dəfə dezinfeksiya işləri aparılıb. Bundan başqa, sərt karantin rejiminin tətbiq olunmasından etibarən proqram siyasətində dəyişiklik edilib, əməkdaşlar 2 qrupa bölünərək işləyirlər. Müvəqqəti olaraq, "ARB24" telekanalında daha məhdud efir yayımına keçilib, canlı yayım verilişlərin sayı azaldılıb." - deyə, O. İbrahimli əlavə.

Qeyd edək ki, "ARB24" Televiziyasının baş redaktor müavini Aynur Nəsirovada da koronavirus aşkarlanıb.

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31