Cəmİyyət

ATV telekanalının binası nəzarətə götürüldü - VİDEO

ATV telekanalının binası nəzarətə götürüldü - VİDEO
 ATV telekanalının 2 əməkdaşında koronavirus infeksiyası aşkarlanıb.

Sfera.az xəbər verir ki, bununla bağlı "ATV xəbər"də süjet yayımlanıb. Aparıcı Lalə Azərtaş bildirib ki, ATV-nin bütün əməkdaşları koronavirus testindən keçib:

"Bir neçə gün əvvəl Azad Azərbaycan Müstəqil Teleradio kompaniyasının iki əməkdaşının evdə hərarəti yüksəlib və test veriblər. Nəticə müsbət çıxıb. ATV rəhbərliyi telekanala tibbi briqada dəvət edib və bütün əməkdaşlar testdən keçirilir.

İlkin olaraq 100 əməkdaşda koronavirus testi edilib. Onlardan ikisi müsbət çıxıb. Telekanalın digər əməkdaşları da növbəli şəkildə testdən keçirlər".

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930