No image
Cəmİyyət

SON DƏQİQƏ! Azərbaycanda 143 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb

SON DƏQİQƏ! Azərbaycanda 143 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb
Azərbaycan Respublikasında 143 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 44 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Sfera.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1942, 1944 və 1956-cı il təvəllüdlü 3 nəfər vəfat etmişdir. Hazırkı dövrədək ölkəmizdə 2422 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1620 nəfər müalicə olunaraq sağalmış, 31 nəfər vəfat etmiş, 771 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 41 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 188.950 test aparılmışdır.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930