Cəmİyyət

SON DƏQİQƏ! Azərbaycanda daha 97 nəfər koronavirusa yoluxub

SON DƏQİQƏ! Azərbaycanda daha 97 nəfər koronavirusa yoluxub
 Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə,  Azərbaycan Respublikasında 97 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 30 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertenziya, şəkərli diabet,  xronik böyrək çatışmazlığı olan 1949-cu il təvəllüdlü vətəndaş vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 2519 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1650 nəfər müalicə olunaraq sağalmış, 32 nəfər vəfat etmiş, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 40 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 193.411 test aparılmışdır.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930