Cəmİyyət

SON DƏQİQƏ! Azərbaycanda daha bir rayonun prokuroru işdən çıxarıldı – RƏSMİ

SON DƏQİQƏ! Azərbaycanda daha bir rayonun prokuroru işdən çıxarıldı – RƏSMİ
 

Azərbaycanda daha bir rayon prokuroru vəzifəsindən azad olunub.

Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sosial səbəkədəki səhifəsində məlumat verib. Məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevin imzaladığı əmrlə Masallı rayon prokuroru Allahverdi Novruzov "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.
Eyni zamanda həmin əmrlə A.Novruzov prokurorluq orqanlarında səmərəli fəaliyyətinə görə "Azərbaycan Prokururorluğunun Fəxri Fərmanı” ilə təltif edilmişdir.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031