Cəmİyyət

SON DƏQİQƏ! Azərbaycanda Əməkdar artist koronavirusa yoluxdu — VİDEO

SON DƏQİQƏ! Azərbaycanda Əməkdar artist koronavirusa yoluxdu — VİDEO
 

Əməkdar artist Şəfəq Əliyevanın ardından bu dəfə digər bir əməkdar artist, İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Sərvər Əliyev də koronavirusa yoluxub.


Sfera.az Xəzər TV-yə istinadla xəbər verir ki, Əməkdar artistin insanlara maraqlı məsləhəti də olub


Daha bir aktyor koronavirusa yoluxub. İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyev xəstəxanaya yerləşdirilib.


Hazırda vəziyyəti stabil olan rejisorun sözlərinə görə xəstəliyin ilkin əlamətlərini hiss etsə də, amma ilk başda həkimə müarciət etməyib. Lakin daha sonra vəziyyətin gərginləşdiyini görüb, həkim çağırıb.


Rejisorun sözlərinə görə, ailə üzvlərindən narahat olsa da amma onlardan alınan testin cavabı neqativ çıxıb.


Sərvər Əliyev koronavirusa dırnaq arası baxanlara da səslənib.


Qeyd edək ki, bundan əvvəl Əməkdar artist Şəfəq Əliyevanın koronavirus testinin nəticəsi pozitiv çıxmışdı.

 



XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031