Hadİsə

SON DƏQİQƏ: Azərbaycanda məmur övladı hovuzda boğuldu

SON DƏQİQƏ: Azərbaycanda məmur övladı hovuzda boğuldu
Xaçmazda azyaşlı hovuzda çimərkən ehtiyatsızlıqdan boğulub.

Sfera.az verdiyi məlumata görə, hadisə İstisu qəsəbəsində baş verib.

Bakı şəhər sakini, 2018-ci il təvəllüdlü, Aylin Abbas qızı Allahverdili yaşayış evinin həyətindəki hovuzda çimərkən nəzarətsiz qaldığından boğularaq ölüb.

Azyaşlının yaxınları uşağın həyatını xilas etmək üçün Xudat Təcili Tibbi yardım Stansiyasına müraciət etsə də, həkimlər azyaşlının hadisə yerində öldüyünü müəyyənləşdiriblər.

Qeyd edək ki, azyaşlının atası Dövlət Gömrük Komitəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır. //Report.az

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31