Hadİsə

SON DƏQİQƏ: Azərbaycanda qəzalı binalarda uçqun - Xəsarət alanlar var

SON DƏQİQƏ: Azərbaycanda qəzalı binalarda uçqun - Xəsarət alanlar var
 

Bu gün Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yerləşən qəzalı binaların birində uçqun olub.

Sfera.az xəbər verir ki, məlumata görə hadisə nəticəsində xəsarət alanlar var və bir nəfərin ayağı sınıb.

Məlumat üçün qeyd edək ki, sözügedən ərazidə yerləşən binalar 30 ildir ki, bu vəziyyətdədir. Minlərlə insanın həyatı təhlükədə olsa da onların səsini nə 20 ildir oradan deputat seçdirilən Aydın Mirzəzadə, nə də aidiyyatı qurumlar eşitməyiblər. Son seçkilərdə Aydın Mirzəzadə 20 illik fasiləyə son vermək və bu insanlarla görüşməyi qərarlaşdırsa da, insanlar onun yalan vədlərinə inanmadılar və ərazidən qovdular. Son məlumata görə artıq şəhərdə əhali yolu bağlamağı, sosial problemlərə və saxta seçkilərə görə etiraz aksiyaları etməyi planlaşdırır.

(panoram.az)

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031