Krİmİnal

SON DƏQİQƏ! “Bandotdel” bu nazirliyin əməkdaşlarını rüşvət alarkən SAXLADI?

SON DƏQİQƏ! “Bandotdel” bu nazirliyin əməkdaşlarını rüşvət alarkən SAXLADI?
 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) Kənd Təsərrüfatı Nazirliyinin bir sıra qurumlarında əməliyyat keçirib.

Unikal.org-un əldə etdiyi məlumata görə, subsidiyaların verilməsində, rüşvət tələb etdikləri üçün nazirliyin bır sıra əməkdaşları saxlanılıb.

 

Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov faktı Unikal.org-a  təsdiqləyib. O, bildirib ki, yaxın saatlarda ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Sfera.az mövzu ilə bağlı dəqiqləşdirmə aparandan sonra məlum olmuşdur ki, əməliyyat Kənd Təsərrüfatı Nazirliyində yox, aqrar sektorda fermerlərə yardım adıyla fəaliyyət göstərən kağız üzərində olan "şirkətlər"də keçirilib.

 

Əməliyyat çərçivəsində 20-yə yaxın şəxs saxlanılıb.


Belə ki, saxta şirkətlər üzərindən fermerlərə aid olan külli miqdarda subsidiyaları nəğdləşdirən dəstə ələ keçirilib.

 

Saxlanılan şəxslərdən çox sayda fermer subsidiya kartları və külli miqdarda nəğd pul vəsaiti aşkarlanmışdır.



 

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31