No Image
No Image

SON DƏQİQƏ! DİN cənub bölgəsində əməliyyat keçirdi - SAXLANILANLAR VAR

SON DƏQİQƏ! DİN cənub bölgəsində əməliyyat keçirdi - SAXLANILANLAR VAR
 

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş F.Abbasov saxlanılıb.

Bu barədə Sfera.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

 

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Lənkəran rayon sakini A.Qafarov da saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun evindən 3 kq 145 qram marixuana, 8 qramdan artıq heroin və 6 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Bundan başqa, Yevlax Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Köyük kənd sakini F.İbrahimovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə kolu və 11 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Sabirabad RPŞ əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rüstəmli kənd sakini M.Mirzəlinin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 18 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Azərxalça”nın rəhbəri həbs edildi

"Azərxalça” ASC-nin İdarə heyətinin sədrinin qanunsuz əməlləri ifşa edilib. Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. ...

“Bandotdel” əməliyyat keçirdi: Saxlanılan var

Sumqayıt sakinindən odlu silah və patronlar götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla M...

Azərbaycanda direktor rüşvətə görə həbs edildi

  Vətəndaşların hüquqlarını pozmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokuror...

“Bandotdel” əməliyyat keçirdi, saxlanılanlar var

  Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində b...

Lotu Qulinin qardaşı qisasa hazırlaşır – Kriminal dünyadan xəbər var

  Azərbaycanlı "qanuni oğru” Nadir Səlifov (Lotu Quli) qətlə yetirildikdən sonra tərəfdarları bir müddət çaşqınlıq içində qalsalar da, Lotu Qulinin qardaş...

Azərbaycanda şirkət rəhbəri həbs olundu

 Azərbaycanda şirkət rəhbərinin həbs edilməsi üçün əməliyyat keçirilib.   Demokrat.az-ın əldə etdiyi məlumata görə, Baş Prokuror yanında Korrupsi...