No Image
No Image

SON DƏQİQƏ: DTX-dən daha bir əməliyyat — Bir nəfər həbs edildi

SON DƏQİQƏ: DTX-dən daha bir əməliyyat — Bir nəfər həbs edildi
 Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana külli miqdarda narkotik vasitə və psixotrop maddənin Azərbaycanın gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.
 

DTX-dən verilən məlumata görə, həyata keçirilən tədbirlərlə Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində Azərbaycan vətəndaşı İsmayılov İsrafil Yuri oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, daşınmasında və qaçaqmalçılığında şübhəli şəxs qismində saxlanılıb, sonuncunun idarə etdiyi motosikletə və üzərinə keçirilmiş baxış zamanı külli miqdarda narkotik vasitə - 15 kiloqram 346 qramdan artıq heroin və psixotrop maddə olan 962,1 qram metamfetamin aşkar edilərək götürülüb. 

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma) maddələri ilə cinayət işi başlanılıb, İsrafil İsmayılov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Hazırda bu cinayət əməllərinin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

DTX məlumat yaydı - Sabiq Müdafiə Naziri saxlanıldı

  Məlum olduğu kimi, 2020-ci il iyulun 12-də Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətind...

SON DƏQİQƏ! Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusa yoluxub

  Mingəçevir şəhər Təhsil şöbəsinin müdiri koronavirusa yoluxub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri S...

Azərbaycanlı tanınmış şairdə koronavirus aşkarlandı

Şəhriyar Del Gerani koronavirusa yoluxub. Sfera.az bildirir ki, bu barədə kulis.az-a şair özü məlumat verib. O, bildirib ki, koronavirus testi pozitiv çıx...

SON DƏQİQƏ! Azərbaycanda rüşvət alan daha bir vəzifəli şəxs HƏBS EDİLDİ

  Ölkəmizdə təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində təhsil xidmətlərinin müasir tələblər səviyyəsində qu...

Azərbaycanda koronavirusa yoluxan qadının ərindən gözlənilməz əməl - ŞOK

  Samuxda koronavirusa yoluxan qadının əri həkim briqadasına və polisə yaba ilə hücum edib. Sfera.az  APA-ya istinadla xəbər verir ki, hadisə ö...

DSMF- nin əməkdaşı həbs edildi - SON DƏQİQƏ!

  Azərbaycanda daha bir vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Azərbaycan Respublikası Baş Prokurorluğunun, Əmək və Əhalinin Sosial Müdafiəsi N...