Cəmİyyət

SON DƏQİQƏ! Əməkdar artistin ailə üzvləri koronavirusa görə xəstəxanaya yerləşdirildi

SON DƏQİQƏ! Əməkdar artistin ailə üzvləri koronavirusa görə xəstəxanaya yerləşdirildi
 

"Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, aktyor, əməkdar artist Sərvər Əliyevin ailə üzvləri də koronaviris şübhəsi ilə nəzarətə götürülüb".

Sfera.az  xəbər verir ki, bunu yenicag.az-a çıqlamasında aktyorun sənət dostu və yaxın qohumu əməkdar artist Natiq Fərzəliyev bildirib:

"Qızı, oğlu və xanımı da xəstəxanaya aparılıb, şükür ki, onların vəziyyəti yaxşıdır. Koronavirus testi olunub, amma hələ nəticlər açıqlanmayıb".

N.Fərzəliyev rejissorun yas mərasimindən qayıdandan sonra xəstələndiyini deyib:

 

"Sərvər qohumlarının yasına gedib qayıdandan sonra xəstələnib. On gün qızdırması olub, mənə deyəndə ki, vəziyyətim yaxşı deyil, bildirdim ki, xəstəxanaya getsin. Tez-tez əlaqə saxlayıram, güçlə, qırıq-qırıq danışır, reanimasiyaya yerləşdirilib. Şəkər xəstəsidir, ürəyinə stend qoyulub, indi də həkimlər sətəlcəm olduğunu deyir".

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031