AKTUAL

SON DƏQİQƏ! Operativ Qərargah karantin rejimi ilə bağlı AÇIQLAMA VERDİ

SON DƏQİQƏ! Operativ Qərargah karantin rejimi ilə bağlı AÇIQLAMA VERDİ
 

Sfera.az xəbər verir ki, ölkəmizdə koronavirusa yoluxanların sayı günü-gündən artmaqda davam edir. Müşahidə olunan artıma əsasən mütəxəssislər ölkədə ikinci dalğanın qaçınılmaz olduğunu bildirirlər. Lakin, bir tərəfdən də karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir. Artıq metro yenidən sərnişinləri qəbul edir və Bakıda quraşdırılan postların sayı minimuma endirilərək 18-ə çatdırılıb.

 

Yeniavaz.com məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmisi İbrahim Məmmədova müraciət edib.

 

O, açıqlamasında karantin rejiminin yumşaldılmasının həyatın normallaşmasına faydası olduğunu bildirdi: "Hal-hazırda vəziyyətə baxılır və ona uyğun qərar veriləcək. Son günlər koronavirusa yoluxma tendensiyalarında azalma müşahidə olunur. Əvvəlcə 143, sonra 97, daha sonra da 70 nəfərdə koronavirusa yoluxma oldu. Yəni, 3 gündür artıq azalma var. Burada əsas azalma tendensiyasıdır".

 

İbrahim Məmmədov eyni zamanda karantin rejiminin yenidən sərtləşdirilmə ehtimalının olub-olmaması barədə də danışdı: " O barədə indidən söz demək tezdir. Yəqin ki, müşahidə olunan tendensiyaya uyğun qərar qəbul ediləcək".

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930