Dünya

ÜST-dən bədbin proqnoz: “Koronavirusa qarşı peyvənd...”

ÜST-dən bədbin proqnoz: “Koronavirusa qarşı peyvənd...”
 
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Prezidenti Tedros Adhanom Qebreyesus koronavirusun yayılmasına tamamilə son qoyacaq "sehirli silah”ın heç zaman olmayacağını və "normallaşmağa” gedən yolun uzun olacağını deyib.

"HaberGlobal” məlumat verir ki, Qebreyesus və ÜST-ün Təcili Yardım bölməsinin rəhbəri Mayk Rayan birgə mətbuat konfransında bütün ölkələri "maska taxmağa, sosial məsafəni qorumağa, əl yumağa və test sayını artırmağa” çağırıblar.

ÜST rəhbəri insanlara və hökumətlərə səslənərək, yoluxmanın qarşısını almaq üçün lazım olan hər şeyi etmələrini istəyib.

Bəzi peyvəndlərin klinik sınağın üçüncü mərhələsində olduğunu vurğulayan Qebreyesus qeyd edib ki, hamımızı infeksiyadan qoruya biləcək vaksinlər hazırlanır, ancaq bu, qəti həll yolu olmaya bilər. (azxeber)

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930