No image
Dünya

ÜST-dən karantin qaydalarını yumşaldan ölkələrə XƏBƏRDARLIQ

ÜST-dən karantin qaydalarını yumşaldan ölkələrə XƏBƏRDARLIQ
 Dünyada COVID-19-a yoluxanların sayı 4 milyon nəfəri ötüb.

Sfera.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi brifinqdə bildirib.

"Bu gün dünyada COVID-19-a 4 milyondan çox yoluxma qeydə alınıb", - o deyib.

ÜST rəhbəri xatırladıb ki, bir çox ölkələr artıq COVID-19-la mübarizə üçün tətbiq edilmiş məhdudiyyətləri tədricən aradan qaldırmağa başlayıb. Onun fikrincə, belə hərəkətlər hər ayrı ölkədə pandemiya ilə bağlı vəziyyətin inkişafı nəzərə alınaraq tədricən olmalıdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930