AKTUAL

Suriya məsələsində görünməyən MƏQAMLAR - ŞƏRH

Suriya məsələsində görünməyən MƏQAMLAR - ŞƏRH

"Bütün odlu müharibələrin arxasında daha böyük və görünməyən proseslər baş verir. Düşünürəm ki, Türkiyə Ordusunun Suriyada gedən əməliyyatlarda aktiv iştirak etməsi qardaş ölkə üçün sonuncu limitdir. Baş verənlərdən sonra Türkiyə geri çəkilsə, həmin qüvvələrin qarşısında müdafiə olunmağa başlasa idi o zaman özünün, eləcə də ordusunun məğlubiyyəti, hazırki proseslərdən geri çəkilməsi olardı”. Bu fikirləri SİA-ya açıqlamasında "Resurs” Analitik Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib.

O bildirib ki, baş verənlərdə Türkiyənin başqa yolu yox idi: "Türkiyənin əməliyyata başlamamışdan öncəki vəziyyətə nəzər saldıqda görərik ki, Suriyada ABŞ-la Rusiya arasında müharibə gedirdi və orada daha çox müxtəlif - PKK, YPK , İŞİD və digər adlar altında terror qrupları vəziyyətə nəzarət edirdilər. Belə olan halda bu, Türkiyə üçün çox ciddi təhlükə siqnalı idi”.

Ədalət və İnkişaf Partiyası (AKP) hakimiyyətə gələnə qədər Türkiyənin dəfələrlə hakimiyyət böhranı ilə üzləşdiyini, ciddi terror hadisələrinin baş verdiyini xatırladan ekspert söyləyib ki, AKP hakimiyyətə gəldikdən sonra qardaş ölkədə stabillik yarandı və orada daxildə terrorla mübarizə aparılmağa başlandı: "Bu gün Türkiyənin daxilində demək olar ki, terror faktları qeydə alınmır. Bu da o deməkdir ki, qardaş ölkə terrorçuları sıxışdıraraq öz sərhədlərindən kənarlaşdıra bilib. Əgər bu gün Türkiyə Suriya məsələsinin həllində kənarda qalarsa, o zaman bu qardaş ölkə üçün gələcəkdə problemlər yarada bilər. Belə olan halda, Türkiyə məsələnin həllində iştirak etməli idi”.

R.Quliyev qeyd edib ki, Türkiyə ordusunun, əsgərinin şücaəti ilə özünün Suriyadakı mövcudluğunu sübut etmək məcburiyyətində idi: "Bunu etdikdən sonra Türkiyə son istifadə edə biləcəyi addımları atdı. Onlardan biri də qaçqınlarla bağlı idi. Əgər dünənə qədər Avropa qaçqınlar problemi ilə danışıqlar prosesinə gedirdisə, bu gün Türkiyə prezidenti bu danışıqlara da son qoydu”.

Türkiyə və Rusiya liderləri arasındakı görüşə gəlincə Mərkəz sədri vurğulayıb ki, həm Rusiya prezidenti Vladimir Putin, həm də Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan şəxsiyyəti, xarizması bu danışıqların heç də asan olmayacağına dəlalət edir: "Düşünürəm ki, danışıqlar konkret olacaq, sövdələşmələrin əldə olunacağına güman etmirəm. Hesab edirəm ki, danışıqlarda əsas müzakirə sərhədlərlə bağlı olacaq”.

Müəllif: Nailə Məhərrəmova

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930