No Image
No Image

Tamkart sahibləri üçün nağdsız ödənişlərdə əlavə qazanc

Tamkart sahibləri üçün nağdsız ödənişlərdə əlavə qazanc
 

Azərbaycan Beynəlxalq Bankının innovativ məhsullarından Tamkarta müştərilərin getdikcə artan marağını nəzərə alaraq bank bu məhsul üzrə yeni kampaniyaya start verib. Məqsəd Tamkartın hər kəs üçün daha sərfəli və əlçatan olması, müştəri məmnuniyyətinin əldə edilməsidir.

Belə ki, mayın 7-dən 31-ə kimi keçiriləcək kampaniya dövründə Tamkartla verilmiş kredit limitinin 20%-i və daha çox həcmdə ödənişlər edən müştərilər 20%-dən yuxarı ödəniş məbləğlərinə görə əlavə 1% kəşbək qazanacaqlar.

Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu qazanc imkanından Tamkartla həm POS terminallar, həm də onlayn qaydada riteyl əməliyyatları aparan hər kəs bəhrələnə bilər.

Bundan başqa, mayın 7-dən 29-a kimi Tamkart Classic/Standard kartı əldə etmək istəyən müştərilərə bu kart hədiyyə ediləcək. Tamkart Gold, Tamkart Platinum və Tamkart Premium kartları isə 50% endirimlə veriləcək. Bu barədə daha ətraflı məlumatlarıburadanəldə etmək olar.

Tamkart eyni anda iki kartı -debet və kredit kartlarını özündə birləşdirən dual kartdır. Bu kartın sahibləri Azərbaycan Beynəlxalq Bankı ilə layihə çərçivəsində əməkdaşlıq edən bütün məkanlarda istədikləri məhsulun qiymətini bərabər hissələrə bölərək, 18 ayadək müddətə taksitlə ödəyə bilərlər. Digər istənilən növ əməliyyatlar zamanı isə müştərilərə 60 günədək faizsiz güzəşt müddəti imkanı yaradılır. Hər iki kart üzrə SMS xəbərdarlıq xidməti pulsuzdur.

Azərbaycan Beynəlxalq Bankı ilə bəzi tərəfdaş məkanlarda Tamkart sahiblərinə alış-veriş zamanı hətta 20%-dək kəşbək verilir. Eyni zamanda, bankla tərəfdaş olmayan ticarət-xidmət məntəqələrində belə müştərilər ən az 2% kəşbək əldə edir. Tamkart debet vasitəsilə Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatlardan nağd vəsaitin çıxarılmasına görə heç bir komisyon haqqı tətbiq edilmir.

Tamkart haqqında daha ətraflı məlumatları məhsulun rəsmi internet səhifəsi olan www.tamkart.az saytından, yaxud https://www.facebook.com/tamkart.az/ facebook səhifəsindən əldə etmək olar. Tamkartıbu bölmədənonlayn sifariş vermək mümkündür.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ukrayna Co Baydenin Rusiyaya qarşı əsas silahıdır - Puşkov

ABŞ-ın yeni prezidenti Co Bayden Ukraynanın köməyi ilə Rusiyaya qarşı aktiv mübarizəyə başlayacaq. Sfera.az-ın məlumatına görə, Senator Aleksey Puşkov b...

Pensiyaların artırılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Ölkədə pensiyaların ilin əvvəlində indeksləşdirilərək artırılması nəzərdə tutulur. Sfera.az xəbər verir ki, bunu 2020-ci ildə sosial sahədə aparılmış işlə...

Rəşid Mahmudov: “O dünyadayam, amma dəf kimiyəm…”

Xəbər verdiyimiz kimi, Tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov koronavirusa yoluxub. Onun  COVİD-19 testinin nəticəsi pozitiv çıxıb. Haz...

Ağdamın Xıdırlı kəndi - FOTOLAR/VİDEO

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Ağdam rayonunun Xıdırlı kəndindən videogörüntülər hazırlayıb. Sfera.az  həmin görünt...

Ramin Bayramlıya da peyvənd vuruldu - CANLI YAYIM

Xəbər verdiyimiz kimi  bu gün vaksinasiya olunacaq ilk şəxslərdən biri də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin ...

Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vuruldu - FOTOLAR

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub. Sfera.az  xəbər verir ki, nazir Bakı Sağlamlıq Mərkəzində vaksinas...