Maqazİn

Tanınmış aktrisa tələf olan körpəsindən DANIŞDI

Tanınmış aktrisa tələf olan körpəsindən DANIŞDI
Tanınmış aktrisa Ülviyyə Xəlilbəyli sosial media hesabında itirdiyi körpəsindən söz açıb.
 
Sfera.az xəbər verir ki, ana olmağa hazırlaşan aktrisa hamiləlik fotolarını yayımlayıb. İzləyiciləri onu hamiləliyini gizlətməkdə qınasa da, o məsələyə aydınlıq gətirib.
''Mən ikinci dəfədir bu halı yaşayıram. Birinci halda heç bir problem olmadan tələf oldu. Səbəbi yəqin ki, var idi. Bəlkə də Allah belə məsləhət bildi. Amma tibbi cəhətdən heç bir problem yox idi. O halı yaşamamısınızsa, məni heç vaxt başa düşməzsiniz. Ona görə də kənardan baxıb fikir söyləmək asandır. Deməmişəmsə deməli, bir bildiyim var idi. Məni sevənlər kimi sevməyənlər də az deyil. Nə yaşadığımı qıraqdan baxıb deyə bilməzsiniz. Qınamaq isə çox asandır. Burda heç bir görməmişlikdən söhbət getmir. Sadəcə incinmiş ruhuma hörmət etdim. Əmin olmadan heç nəyi bölüşmək istəmədim. Profil mənimdir. İstədiyimi bölüşərəm izləyicilərimlə" -deyə, o qeyd edib.
 

''Ölkə.Az''
 

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31