İdman

Tanınmış futbolçu həbs oluna bilər

Tanınmış futbolçu həbs oluna bilər
 İspaniyanın "Atletiko" klubunun futbolçusu Dieqo Kosta vergidən yayınmaqda ittiham olunur. 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, prokuror 32 yaşlı hücumçu üçün 6 ay həbs və 500 min avrodan çox pul cəzası tələb edib. 

Bu iş üzrə məhkəmə prosesi iyunun 4-ə təyin edilib. 

Qeyd edək ki, Dieqo Kosta 2019/2020 mövsümündə 19 matçda iştirak edib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Mart ayında koronavirusa görə dayandırılan İspaniya La Liqası iyunun 11-də qaldığı yerdən davam edəcək.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031