Tanınmış jurnalist çimərliklərdəki acınacaqlı durumdan yazdı

Tanınmış jurnalist çimərliklərdəki acınacaqlı durumdan yazdı

Sfera.az xəbər verir ki, Azsiyasət.com saytının baş redaktoru Samir Feyruzov sosial şəbəkə hesabında çimərliklərddən birindəki durumla bağlı fikrini bölüşüb.


"Hazırda Pirşağı çimərliyindəyəm. Ölkədə sərt karantin rejiminin yumşaldılmasından sonra çimərliklərin fəaliyyətinə icazə verilsə də, vəziyyət heç də ürəkaçan deyil” ,-yazan istifadəçi fikrini belə davam etdirib:


"Saat 13:00-da Pirşağı çimərliyinə daxil oldum. Girişdə polis əməkdaşları dayanıblar. Vətəndaşlara yaxınlaşaraq, hər bir kəsə təmizliyə riayət etməyin və sosial məsafə saxlamağın vacibliyini qısa şəkildə izah edirlər. Eyni zamanda, çimərlikdə xüsusi geyimli monitorinq qrupları da fəaliyyət göstərir. Sahildə sosial məsafə saxlamaq üçün zolaqlar çəkilib. Çimərlikdə taxta "besetka"lar insanlara 10 manata təklif olunur.

 

"Besetka"lar arasındakı məsafə 2,5 metrdir. Sadə çay 5 manatdır, müştərilərə yeməklər təklif olunmur. Yəni, çimərliyə gələn vətəndaşlar özləri ilə yemək gətirməli olurlar. Müşahidə etdim ki, vətəndaşlar tullantıları elə "besetka"da yerə atıb gedirlər. Açığı, çimərliyin nəzarətçiləri də təmizliklə maraqlanmırlar, vətəndaşların zibilləri yerə atmasına göz yumurlar.


Fotolardan da göründüyü kimi, Pirşağı çimərliyində sıxlıq müşahidə olunur, sosial məsafə qorunmur. Təmizlikdən söhbət gedə bilməz: kabab çəkən kim, samovar qaynadan kim... Şəxsən mən özüm bir neçə butulka, sallofan, qarpız qabığı və digər tullantıları sudan çıxarıb zibil yeşiklərinə atmışam.

Saat 15:30... Bütün "besetka"lar doludur. Çimərliyin nəzarətçiləri əlavə stollar daşıyıb sahildə quraşdırırlar.


Pirşağı çimərliyinin nəzarətçilərindən olan Elşən adlı şəxs deyir: "İnsanlar çoxdur, biz isə az. Ailələr gəlir, məcburuq əlavə stollar quraşdıraq. Artıq yer yoxdur, stollar da qurtardı. Hələ axşamüstü daha çox adam gələcək. O qədər insan var ki, ayrı-ayrılıqda hər bir kəsə yaxınlaşıb "təmizliyə riayət edin" deyə bilmirik. İnsanlar da bizi başa düşmürlər".


Saat 16:10... Artıq çimərlikdə nəzarətçilər də gözə dəymirlər. Sıxlıq daha da artır...”

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930