Tanınmış vəkil dustaqların azad edilərək cəbhəyə göndərilməsini TƏKLİF ETDİ

Tanınmış vəkil dustaqların azad edilərək cəbhəyə göndərilməsini TƏKLİF ETDİ

Vəkil Anar Qasımlı ölkə üzrə bütün daxili çəkişmələrin dayandırılmalı olduğunu bildirib.


Sfera.az xəbər verir ki, hüquqşünas bu barədə öz şəxsi "Facebook” hesabında yazıb:



"Oğlu, qardaşı, əri ön cəbhədə olan cavabdehlə məhkəmədə "döyüşmək" ağır gəlir, mənəvi əzab verir. Bütün daxili çəkişmələrimizi dayandırmalıyıq. Hərbi vəziyyət rejimində məhkəmələrdə mülki və kommersiya mübahisələrinə baxılması dayandırılmalıdır.

 

Cinayət işlərinə baxılması sürətləndirilməli, mümkün olduğu həddə, bu gün düşmənə qan uddurmağa qadir olan, hansısa səhvinə görə cəza çəkən oğullarımız həbsdən azad edilməlidir.

 

 

Dövlətə qarşı törədilmiş cinayətlər, xüsusilə ağır cinayətlər istisna olmaqla, digər cinayət işləri üzrə alternativ cəzalar tətbiq olunmalı, iqtisadi cinayətlərə görə həbsdə olan xakerlərimiz azad edilməli və informasiya müharibəsinə cəlb olunmalıdır. Cəbhədə darmadağın olan düşməni informasiya müharibəsində də dağıtmalıyıq”.


Əzizə Zeynal

Sfera.az

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031