Dünya

Tanınmış yazıçı vəfat etdi - SON DƏQİQƏ!

Tanınmış yazıçı vəfat etdi - SON DƏQİQƏ!
 

ABŞ-lı yazıçı Meri Hiqqins Klark 92 yaşında vəfat edib.

Sfera.az xəbər verir ki, bu barədə yazıçının qızı məlumat verib.

M.H.Klarkla vida yeri və zamanı hələ məlum deyil.

O, triller və detektiv janrında yazdığı əsərləri ilə tanınıb. Bundan başqa uşaqlar üçün də kitab yazıb. Yazıçının 40-dan çox əsəri bestseller olub, bəziləri isə ekranlaşdırılıb. 

Kların qızının sözlərinə görə, anası öldüyü günə qədər yazmağa davam edib. Ötən ilin noyabr ayında növbəti kitabı çap olunub. (apa)

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031