Sİyasət

Tatarıstan prezidenti Azərbaycana gələcək

Tatarıstan prezidenti Azərbaycana gələcək

Tatarıstan prezidenti Rüstəm Minnixanov yaxın vaxtlarda Azərbaycana səfər edəcək.

Sfera.az xəbər verir ki, bu barədə Tatarıstan prezidentinin mətbuat katibinin müavini Liliya Qalimova bildirib.

L. Qalimova bildirib ki, Azərbaycan və Tatarıstan arasında ticarət dövriyyəsi 58 milyon dollar təşkil edir: "Bu, çox aşağı göstəricidir. Bizim əlaqələrimizin ən yaxşı vaxtlarında bu göstərici 200 milyon dollar olub”.

O qeyd edib ki, Tatarıstan prezidentinin Bakıya səfəri zamanı ikitərəfli əməkdaşlığın inkişafı müzakirə ediləcək. 

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031