Sağlıq

TƏBİB koronavirusla bağlı məlumat yaydı — SON DƏQİQƏ

TƏBİB koronavirusla bağlı məlumat yaydı — SON DƏQİQƏ
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 29-na olan statistik göstəriciləri açıqlayıb.


Sfera.az xəbər verir ki, məlumata əsasən bu gün ölkədə 7393 nəfər aktiv koronavirus xəstəsi var.


Onlardan 213 nəfər reanimasiyada, 36 nəfər isə süni tənəffüs cihazındadır.


Qeyd olunub ki, bu gün 6558 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 475 525 test aparılıb. 


Xatırladaq ki, bu gün Azərbaycanda daha 544 nəfər koronavirusa yoluxub, 343 nəfər sağalıb, 8 nəfər isə vəfat edib.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031