Maqazİn

“Təbiət ətrafa pislik yayanlardan, tərbiyəsizlərdən təmizlənir” – Brilliantdan ikibaşlı sözlər

“Təbiət ətrafa pislik yayanlardan, tərbiyəsizlərdən təmizlənir” – Brilliantdan ikibaşlı sözlər

Ümumdünya Səhiyyə Təşkilatının koronavirus təhlükəsi ilə əlaqədar "Evdə qal, həyatları xilas et!" şüarı ilə başlatdığı kampaniya davam edir. 

Sfera.az xəbər verir ki, Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə hesabında virusla bağlı paylaşım edərək, təbiətin öz əli ilə özünü təmizlədiyini yazıb: "Təbiət öz qucağını necə də gözəl təmizlədi! Pis insanlardan, şərdən, böhtandan, günahsız uşaqları qətlə yetirənlərdən, tərbiyəsizlərdən, Allahı inkar edib ətrafa pislik yayanlardan. Öz qucağını bərk əli ilə təmizlədi. Küçələr bomboş... Təbiət bir az nəfəs almaq istəyir. Az da olsa...Ümid edirəm ki, məni izləyənlər dünyasını dəyişənlərdən bəhs etdiyimi düşünəcək qədər cahil deyillər”.

Xalq artistinin bu sözləri sosial şəbəkə iştirakçıları tərəfindən birmənalı qarşılanmayıb. Yazdığı fikirlərə görə onu tənqid edənlər də olub. (yeni sabah)

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031