Cəmİyyət

Təhlükədən tam xilas olmaq üçün karantin rejiminin qaydalarına ciddi riayət etməliyik

Təhlükədən tam xilas olmaq üçün karantin rejiminin qaydalarına ciddi riayət etməliyik
 Dünyanın ən inkişaf etmiş ölkələrində hər gün yüzlərlə, minlərlə insan koronavirusa yoluxur və ya dünyasını dəyişir. Həmin ölkələrdə vəziyyət nəzarətdən çıxıb. Çünki heç bir ölkənin səhiyyə sistemi bu qlobal təhlükə ilə mübarizəyə hazır deyildi. COVID-19 pandemiyası kifayət qədər qorxulu xəstəlikdir. Xəstəliyin necə inkişaf edəcəyi ilə bağlı heç bir məlumat yoxdur.

Şükürlər olsun ki, Azərbaycanda dövlətin prosesə vaxtında və çevik müdaxiləsi pandemiyanın ən təhlükəli həddə çatmasının qarşısını aldı, mövcud vəziyyətlə bağlı məhdudlaşdırıcı tədbirlərin görülməsi, ümumiyyətlə, düzgün idarəçiliyin qurulması qısa müddətdə nəticə verdi.

Sfera.az xəbər verir ki, bu sözləri azərtac-a Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

Deputat bildirib ki, vaxtında görülən preventiv tədbirlər təhlükənin nisbətən sovuşması ilə nəticələndi. Operativ Qərargah qaydaların yumşaldılması ilə bağlı qərar qəbul etdi. Lakin unutmaq olmaz ki, cüzi diqqətsizlik, vəziyyətdən sui-istifadə və arxayınlaşma xəstəliyin yeni dalğası üçün zəmin ola bilər.

"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri də bəyan edirlər ki, bu xəstəlik uzunmüddətli prosesdir və ikinci dalğa virusa qarşı peyvənd tapılmasından əvvəl başlayacaq. Bu, onu deməyə əsas verir ki, pandemiyanın yenidən baş qaldırması əldə olunan müsbət nəticələri də kölgədə qoya bilər. Elə dünya ölkələrinin acınacaqlı mənzərəsi də təsdiqləyir ki, yeni dalğa daha ciddi və qarşısıalınmaz təhlükə, çoxsaylı insan tələfatı deməkdir. Belə olan halda heç şübhəsiz, daha sərt və məhdudlaşdırıcı qaydaların tətbiqinə zərurət yaranacaq. Bütün bunların baş verməməsi üçün karantin rejiminin tələblərinə və şəxsi gigiyena qaydalarına ciddi riayət etmək vacibdir”, - deyə K.Nurullayeva vurğulayıb.

Deputat diqqətə çatdırıb ki, pandemiyanın səbəb olduğu böyük maliyyə itkilərinə rəğmən dövlətimiz insan həyatına verilən dəyərin ən nümunəvi modelini tətbiq etdi. Ölkədə virusun aşkarlandığı ilk gündən dövlətimizin başçısının tapşırığına əsasən, real vəziyyətə uyğun görülən qabaqlayıcı tədbirlər sayəsində bu gün Azərbaycan bu qlobal böhranla ən çevik və effektiv mübarizə aparan ölkə kimi seçilir və təqdir olunur. Təsadüfi deyil ki, dünyanın aparıcı maliyyə institutları Azərbaycanda əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqəsinə, o cümlədən sahibkarlara edilən yardımları perspektivli addım kimi dəyərləndirirlər. Bu gün aparılan testlərin adambaşına düşən sayına görə Azərbaycan aparıcı yerlərdədir, ölkəmizdə ölüm faizi isə nisbətən aşağı səviyyədədir. Eyni zamanda, karantin rejimində olan vətəndaşların da sayı günbəgün azalır. O deyib: "Hər birimiz bu prosesdə dövlətə dəstək olmalı, pandemiyanın ikinci dalğasına rəvac verəcək səbəblərdən çəkinməliyik. Hər bir vətəndaş karantin qaydalarına ciddi əməl etməlidir. Bu, hər birimizin vətəndaşlıq borcudur”.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031