Təhsİl

Tələbələrin davamiyyət limiti ləğv edildi

Tələbələrin davamiyyət limiti ləğv edildi

"Tələbə hər fənn üzrə ayırılmış auditoriya saatlarının 25 faizini buraxırdısa, o, imtahana buraxılmırdı. Mövcud vəziyyət nəzərə alınaraq bu hədd aradan qaldırılıb".

Sfera.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" qərarı ilə bağlı sualları cavablandırarkən deyib.

Y.Ömərov bildirib ki, artıq həmin həddin artırılıb-azaldılmasını təhsil müəsissəsi özü müəyyən edəcək.

Bu qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930