İqtİsadİyyat

Tələbələrlə əmək müqaviləsi bağlana bilərmi? – Qanun nə deyir?

Tələbələrlə əmək müqaviləsi bağlana bilərmi? – Qanun nə deyir?
Adətən əksər iş yerlərində yaşından asılı olmayaraq, müraciət edən şəxsdən təcrübə tələb olunur. Bu baxımdan hazırda tələbələrin əksəriyyəti ali təhsili başa vurana kimi müəyyən iş stajı əldə etmək istəyirlər.
 
Digər tərəfdən əyani təhsil alan və dərsdən sonrakı boş vaxtlarında işləmək istəyən tələbə iş üçün müraciət etdikdə işəgötürənlər tələbə olduğunu əsas gətirərək onunla əmək müqaviləsi bağlamaqdan imtina edirlər.
 
Sfera.az-ın məlumatına görə, bununla bağlı təhsil eksperti Kamran Əsədov deyib ki, Əmək Məcəlləsində bununla bağlı heç bir məhdudiyyət yoxdur. O bildirib ki, əmək müqaviləsi bağlanan zaman əyani təhsil alan tələbə ilə qiyabi təhsil alan tələbə arasında müəyyən fərqlər nəzərə alınmalıdır:
 
"Əyani təhsil alan tələbənin iş saatı ilə dərs saatı üst-üstə düşməməlidir. Qiyabi təhsil alan tələbələrin iş saatları isə tam olur, onlara sessiya vaxtı məzuniyyət verilir. Bu hallar müqavilədə nəzərə alınmalıdır”.

Ekspertin sözlərinə görə, "Məşğulluq haqqında” Qanuna əsasən, əyani təhsil alan tələbələr məşğul şəxs hesab olunurlar: "Ona görə də onları işsiz statusu ilə qeydiyyata almaq mümkün deyil. Əyani oxuyanlar işaxtaran statusu daşıyırlar. Qiyabi təhsil alan işsiz tələbələr isə işsiz statusu ala bilərlər.

Qısası, tələbələr əmək müqaviləsi ilə təhsil aldığı müddətdə işləyə bilər. Bu da onların təhsillərini başa vurduqda iş stajının yaranmasına gətirib çıxarır”.
 
Günay Rəsulqızı
Sfera.az
 

XƏBƏR LENTİ

«    İyun 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930