Dünya

Təyyarədə qorxulu anlar: Telefonunu çıxarıb çeynəməyə başladı

Təyyarədə qorxulu anlar: Telefonunu çıxarıb çeynəməyə başladı

Sərxoş vəziyyətdə olan sərnişin təyyarədə heyət üzvlərini qorxutmaq üçün telefonunu çeynəyib.

Sfera.az xəbər verir ki, "Independent”in məlumatına görə, hadisə "EasyJet” aviaşirkətinə məxsus sərnişin təyyarəsində qeydə alınıb.

44 yaşlı Metyu Flaertinin qeyri-adekvat davranışları İngiltərə-İslandiyaya reysinin təxirə düşməsinə səbəb olub. O, stüardessalarla dava edərək, onları öldürməklə hədələyib. Sonra isə telefonunu yeməyə çalışıb.

Stüardessalar baş verənlərdən və kişinin onlara xətər yetirə biləcəyindən çox qorxduqlarını deyiblər.

"Flaerti mobil telefonunu çıxarıb, onu söküb. Sonra bir hissəsini ağzına qoyaraq çeynəməyə başlayıb, batareyasını isə oturacağa tullayıb. Batareya tüstülənməyə başlayıb”, - deyə nəşrin yaydığı məlumatda bildirilir.

Hava gəmisinin komandiri təyyarəni Edinburq aeroportuna yönəltmək qərarına gəlib. 

Enişdən sonra polislər Flaertini tutaraq, yerli polis bölməsinə aparıblar. (oxu.az)


XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930