Dünya

Tokayev and içdi - VİDEO

Tokayev and içdi - VİDEO

 

 

Qazaxıstanda prezident seçkilərində qalib gəlmiş Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçirilib. İnauqurasiyadan sonra Tokayev rəsmi olaraq dövlət başçısı vəzifəsinin icrasına başlayıb.

Bu barədə "RİA Novosti” məlumat yayıb.

"Qazaxıstan xalqına xidmət edəcəyimə, Qazaxıstan konstitusiyası və qanunlarını rəhbər tutacağıma, vətəndaş hüquq və azadlıqlarının qorunmasını təmin edəcəyimə and içirəm”, - deyə Tokayev andiçmə mərasimində bildirib.

O, dövlət başçısı vəzifəsini vicdanlı şəkildə yerinə yetirəcəyinə söz verib.

Xatırladaq ki, Qazaxıstanda növbədənkənar seçkilər iyunun 9-da keçirilib. Seçkilərdə seçici fəallığı 77,4 faiz təşkil edib. Tokayev ümumi səslərin 70,96 faizini qazanıb.

 


XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031