No Image
No Image

"Topaz"... oyna, uduz? - Şirkət vətəndaşın uduşlarını vermir

 
Ölkəmizin yeganə qanuni mərc şirkəti olan "Topaz” müştərilərin haqqını yeyir.

Sfera.az xəbər verir ki, bu barədə AFN-ə zərərçəkən Heydərzadə Cavid bildirib. Mərc həvəskarı olan Cavid martın 1-də "Topaz” məntəqələrindən birində futbol oyunu üzrə mərc edib. Yarış nömrəsi 112 olan "M.Yunayted-M.Siti" və 105 nömrəli "Çelsi- Everton" oyunlarına 2 min AZN məbləğində kupon yazıb. Hər iki oyunda ev sahibin qələbəsinə mərc edən Cavidin proqnozu özünü doğruldub və o 15 min 680 AZN udub. Lakin bu sevinc elə də uzun çəkməyib. Necə deyərlər "Topaz" Cavidin qələbə sevincini qursağında saxlayıb. Uzun fasilədən sonra ilk dəfə qalib gəldiyini deyən Cavidin sözlərinə görə, "Topaz" onun uduşunu vermir.

Cavid deyir ki, mərcdəki qazancını götürmək üçün 10 gündür "Topaz"ın qaynar xəttinə, hətta baş ofisinə dəfələrlə müraciət etsə də məsələ həllini tapmayıb: "Bir gün bir əməkdaş, sabahısı gün digəri yaxınlaşır, nə bilim biri mobil nömrəni qeyd edir, o biri şəxsiyyət vəsiqəmin surətini götürür və məni get-gələ salırlar. Bu get-gəlin adını isə məsələnin araşdırılması qoyublar. Bir sözlə uzadırlar. Hərçənd müştərinin əlində "Topaz"ın rəsmi kuponu varsa, niyə onun uduşunu verməyəsən axı?! Mərc oyununun fanatları demişkən - biz uduzanda araşdırılmayan kupon, udanda niyə araşdırılsın? Mən əlavə və ya başqa nəsə istəmir, öz uduşumu tələb edirəm. Xahiş edirəm "Topaz" rəhbərliyi mənim müraciətimi nəzərə alsın və uduşumu versin".

"Topaz"ın etdikləri koronavirusa görə təxirə salınan oyunlardan dolayı qazanc azlığı və ya pul qıtlığına görədimi, bilmirik. Bildiyimiz odur ki, müştəri məmnuniyyəti şirkət üçün prioritet olmalıdır, vətəndaşlar incidilməməli və mərc həvəskarlarının uduşuna əl qoyulmamalıdır.

Xatırladaq ki, bu "Topaz"la bağlı ilk hal deyil. Dəfələrlə mətbuatda "Topaz"ın mərc oyunlarında qalib gələn şəxslərin uduşlarını verməməsi, fırıldaqçılıq yolu ilə mərc həvəskarlarını aldatmasına dair yazılar dərc olunub. Ancaq nə vaxtsa bu yanlış yolun finişi olmalıdır.

Qarşı tərəfin də mövqeyini bölüşməyə hazırıq.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Dəfn mərasimində iştirak edənlər məsuliyyətə cəlb olundu

 Avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat edən meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində ölkə ərazisində tətbiq edilə...

Vəfat etmiş meyxanaçının yaşadığı ərazi dezinfeksiya edildi - FOTO

 Uzun müddət sürən ağır xəstəlikdən sonra vəfat edən tanınmış meyxanaçı Vüqar Paşayev (Vüqar Biləcəri) Biləcəri qəbiristanlığında dəfn edilib. Sfer...

Bakıda 551 küçə dezinfeksiya edildi - FOTO

 Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarının paytaxtdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 əd...

Sumqayıtda avtobuslarda maska taxmayanlar cərimələndi - FOTO

 Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları tərəfindən koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şə...

Polis Bakıda obyektlərə nəzarəti gücləndirib - FOTO

Paytaxtda ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş darama ̶əməliyyat-profilaktik,...

Azərbaycanın Ombudsmanı fəaliyyətini dondurdu

  Avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin övladının toyunda iştira...