No image
Dünya

"Tottenhem"in futbolçusu hərbi xidməti başa vurdu

 

İngiltərənin "Tottenhem" klubunun cənubi koreyalı futbolçusu Son Xın Min hərbi xidməti başa vurub.

Sfera.az-ın  "Sky Sports"a istinadən məlumatına görə, 28 yaşlı hücumçu 3 həftəlik əsgərlik dövrünü uğurla bitirib.

Aprelin 20-dən hərbi hazırlıqlarda iştirak edən asiyalı forvard 157 nəfərlik şəxsi heyət arasında ən yaxşılardan biri olub. S.X.Min güllə atışında isə maksimum nəticə göstərib.

Kursu müvəffəqiyyətlə bitirən futbolçuya diplom təqdim olunub. Təcrübəli oyunçu ordu vəzifələrini tam şəkildə yerinə yetirmək üçün 2023-cü ilə qədər bir sıra ictimai işləri tamamlamalıdır.

Qeyd edək ki, Son Xın Min 2015-ci ildən "Tottenhem"in formasını geyinir.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930