Cəmİyyət

Toylardan xəbər var - "Qarşıdakı aylarda bəlli qaydalar çərçivəsində" - VİDEO

Toylardan xəbər var -
Qarşıdakı aylarda toylarla bağlı bəlli qaydalar çərçivəsində yeni standartlar yaranacaq.

Sfera.az xəbər verir ki, bunu ARB24-ün "İş vaxtı” verilişinə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
 
"Bu gün ölkəmizdə əhalinin 7-8 faizi peyvəndlənib. Lakin vətəndaşların 50-60 faiz vaksinasiya olunmayana və ya koronavirus məhv olmayana qədər bütün qadağaların aradan qaldırılması xəyalını reallığa çevirə bilməyəcəyik."

"Düşünürəm ki, qarşıdakı aylarda rəqəmlər aşağı düşdükcə mədəni və sosial həyatımızda toyların keçirilməsi və s. kimi məqamlar üçün bəlli qaydalar çərçivəsində standartlar yaranacaq. Amma bu o demək deyil ki, pandemiya bitmiş vəziyyətdədir”, - o bildirib.
 

XƏBƏR LENTİ

«    İyun 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930