Dünya

Tramp Almaniyanı Putinin “qucağına atdı” – Onları niyə qorumalıyıq?

Tramp Almaniyanı Putinin “qucağına atdı” – Onları niyə qorumalıyıq?

Sfera.az Rusiyanın RİA.Novosti xəbər portalına istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Berlinin Moskvadan enerji daşıyıcıları aldığı bir vaxtda Amerikanın Almaniyanı Rusiyadan nə üçün qorumalı olduğunu anlamadığını yenidən dilə gətirib.


"Almaniya Rusiyaya enerji üçün ildə milyardlarla dollar ödəyir. Biz isə Almaniyanı Rusiyadan qorumalıyıq. Bu nə deməkdir?" –deyə, Tramp Twitter-də yazıb.


"Bundan əlavə, Almaniyanın NATO-ya etməli olduğu 2 faizlik ödənişin müddəti çoxdan keçib. Odur ki, biz bəzi qoşunlarımızı Almaniyadan çıxarırıq”,-deyə, Amerika lideri əlavə edib.

 

Qeyd edək ki, bundan əvvəl Pentaqon rəhbəri Mark Esper, Almaniyadan orta hesabla 12 min Amerika əsgərinin çıxarılacağını, həmin əsgərlərin əksəriyyətinin (6.4 min) evlərinə dönəcəyini, qalanlarının isə Avropadakı NATO ölkələrinə, o cümlədən İtaliya və Belçikaya köçürüləcəyini söyləmişdi.

 

ABŞ qüvvələrinin Avropadakı qərargahının Almaniyadan BelçikanınMons şəhərinə köçürülməsi planlaşdırılır.

 

Bu haqda ABŞ qüvvələrinin Avropadakı komandanı və NATO-nun Avropadakı birləşmiş qüvvələrinin ali baş komandanı general Tod Uolters məlumat verib. Hazırda NATO Birləşmiş Qüvvələrinin Avropadakı Ali Baş Komandanın qərargahı Monsda yerləşir.

 

 

Selcan

Sfera.az

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31