Sİyasət

Türkdilli Dövlətlər Bakıda Qarabağla bağlı görüş keçirəcək

Türkdilli Dövlətlər Bakıda Qarabağla bağlı görüş keçirəcək
 Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv dövlətlərin rəhbərlərinin noyabrın 2-də Bakıda növbədənkənar iclası keçiriləcək.

Bu barədə sfera.az-a Azərbaycan Sahibkarlar Milli Konfederasiyasından bildirilib.

Məlumatda deyilir ki, "Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü” mövzusuna həsr olunmuş Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv dövlətlərin rəhbərlərinin növbədənkənar iclası keçiriləcək.

Tədbirin əsas məqsədi Azərbaycan Ordusunun şanlı qələbələri nəticəsində işğaldan azad edilmiş torpaqların sosial-iqtisadi inkişafı perspektivləri haqqında Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatalarının üzvlərinə daha dolğun və geniş məlumatın təqdim edilməsidir.

XƏBƏR LENTİ

«    Dekabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031