Sİyasət

Türkiyə açıqladı: Ordubadın atəşə tutulması...

Türkiyə açıqladı: Ordubadın atəşə tutulması...
Ermənistan silahlı qüvvələrinin işğal altındakı Qubadlı rayonundan Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunu raket atəşinə tutmasını şiddətli şəkildə qınayırıq.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

"Ermənistanın işğal etdiyi torpaqlarda ardıcıl məğlubiyyəti səbəbindən azğınlaşdığı görünür. Ermənistan bu təhlükəli provokasiyadan imtina etməlidir. Humanitar atəşkəsi pozan Ermənistan indi də dinc əhaliyə hücum edərək müharibə cinayəti törədir və qarşıdurmanı başqa sferaya daşımağa cəhd edir. Can Azərbaycanla və azərbaycanlı qardaşlarımızla hər zaman həmrəy olacağıq”, - deyə XİN-in bəyanatında bildirilib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb. Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031