No Image
No Image

Türkiyə HƏRƏKƏTƏ KEÇDİ - Ordu döyüş vəziyyətinə gətirildi

Türkiyə HƏRƏKƏTƏ KEÇDİ - Ordu döyüş vəziyyətinə gətirildi
Şərqi Aralıq dənizində Avropa İttifaqının "İrini" əməliyyatmı çərçivəsində Türkiyəyə məxsus "Roseline-A" ticarət gəmisində qanunsuz axtarış aparılmasından sonra Türkiyə Silahlı Qüvvələri döyüş vəziyyətinə gətirilib.

Sfera.az xəbər verir ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "E-7T-Barış Kartalı" havadan təcili xəbərdarlıq təyyarəsi Şərqi Aralıq dənizi səmalarında uçuş həyata keçirib.

Bu əsnada 3 nəhəng "A400M" hərbi karqo təyyarəsi Tripolidəki Vətiyyə bazasına təchizat daşıyıb. Bundan başqa, Türkiyə Xarici İşlər və Milli Müdafiə Nazirliyi, həmçinin Hərbi Dəniz Qüvvələri Komandanlığı rəsmilərinin iştirakı ilə məsələyə dair yaradılan İşçi Qrupunin ilk toplantısında olaya qarşı hərbi variantlar da müzakirəyə çıxarılıb.

"İrini" hərəkatında Liviyadakı qiyamçı general Xəlifə Haftar qüvvələrinə yardım daşıyan ticarət gəmilərinə qarşı sərgilənən passiv davranışa reaksiya olaraq atıla biləcək addımlar dəyərləndirilib.

Bölgədə ticarət səfərlərini davam etdirən Türk bayraqlı gəmilərə qarşı bənzər olaylarda Türkiyənin döyüş gəmilərinin iştirakı ilə görüləcək tədbirlər və lazım gəldikdə icra ediləcək vəzifələr mövzusunda da şərhlər verilib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İşlər naziri Mövlud Çavuşoğluya məsələ ilə ilə bağlı təlimat vermişdi.

Ərdoğanın təlimatı "cavabımızı meydanda verəcəyik, bu işin izini buraxmayacağıq" istiqamətində olub.///Oxu24.com
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Mikayıl Cabbarov: "SOCAR yeni inkişaf dövrünə qədəm qoyacaq"

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurası qurumun idarə heyəti ilə əməkdaşlıq müstəvisində fəaliyyət göstərəcək. Sfera.az ...

“Toy edə bilməyən cütlüklər gərginlik keçirir” – Qadağanın götürülməsi Milli Məclisdə müzakirə olunacaq

Artıq bir ilə yaxındır ki, karantin rejimi ilə əlaqədar ölkədə toyların keçirilməsinə qadağa qoyulub. Məhz bu səbəbdən ötən il ərzində evlənən cütlüklə...

İlham Əliyev: Bizə saxta tarix lazım deyil

Bizə saxta tarix lazım deyil. Sfera.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nüm...

Ermənistanla vasitəçi olmadan danışıq aparmaq mümkündürmü? - RƏYLƏR

"Əvvəl-axır buna getməliyik, amma Ermənistan buna hazır deyil. Çünki Ermənistanda indi də revanş haqda düşünürlər, hələ də intiqam almaqla bağlı bəyanatlar sə...

"Əgər bir adam iki gündən artıq..." - Psixoloqdan “bu şəxslər intihar edə bilər” açıqlaması

Son həftə ərzində ard-arda bir neçə intihar hadisəsinə şahidlik etdik. Artan intihar halları cəmiyyətdə narahatlıq yaradır, xüsusilə də gənclərin canına qıyma...

Paşinyanın diplomatik pasportu azərbaycanlıların əlinə necə keçib? – Ermənistanda qalmaqal

Ermənistanda baş nazir Nikol Paşinyanın diplomatik pasportunun "azərbaycanlının əlinə keçməsi” ətrafında qalmaqal qaldırılıb. Qalmaqalı sosial şəbəkələrdə...