İdman

Türkiyə klubları Super Liqanın bərpası ilə bağlı razılığa gəldi - RƏSMİ

Türkiyə klubları Super Liqanın bərpası ilə bağlı razılığa gəldi - RƏSMİ
 Koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan Türkiyə Superliqasının iyunun 12-də bərpa olunacağı dəqiqləşib.

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir klubların prezidentləri ilə videokonfrans formatında keçirilmiş iclasdan sonra deyib.

TFF rəhbəri bildirib ki, elitada çıxış edən 18 komanda çempionatın sözügedən tarixdə yenidən başlaması üçün ortaq razılığa gəlib. O, yekun qərarın mayın 28-də veriləcəyini söyləyib.

Özdemirin sözlərinə görə, Super Liqa təmsilçilərindən 7-si cari mövsümdə heç bir komandanın aşağı dəstəyə düşməməsini və növbəti mövsümün 21 klubla keçirilməsini təklif edib.

Qeyd edək ki, Türkiyədə yerli liqalar martın 19-da dayandırılıb.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930