Dünya

Türkiyə sərt karantin rejiminə qayıdır

Türkiyə sərt karantin rejiminə qayıdır
 

Türkiyənin bəzi bölgələrində epidemioloji vəziyyət yenidən gərginləşib. Bu səbəbdən 83 yaşayış məntəqəsində karantin tədbirləri yenidən sərtləşdirilir.

"Gazeteduvar” xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Nazirliyin məlumatında qeyd olunur ki, 32 şəhərdə, dörd qəsəbədə, 37 kənddə, 39 məhəllədə və üç yaşayış məntəqəsində (toplam 83 yaşayış məntəqəsi) karantin rejimi sərtləşdirilir.

Qeyd edək ki, indiyə qədər Türkiyədə 237 265 nəfərin COVID-19-a yoluxduğu aşkar edilib. 5 798 xəstə pandemiyanın qurbanı olub. (oxu.az)

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930