Dünya

Türkiyədə bu tarixdən şəhərlərarası səfərlərə icazə veriləcək

Türkiyədə bu tarixdən  şəhərlərarası səfərlərə icazə veriləcək
 

Türkiyədə iyunun 1-dən etibarən koronavirus pandemiyası səbəbi ilə tətbiq olunan bir sıra məhdudlaşdırıcı tədbirlər yumşaldılacaq, o cümlədən şəhərlərarası səfərlərə icazə veriləcək.

Sfera.az  "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə sakinləri yenidən çimərliklərə, qoruqlara və parklara baş çəkə biləcəklər, kafe, muzey, uşaq bağçaları da işə başlayacaq.

Bundan əlavə, iyunun 1-dən etibarən daha əvvəl məzuniyyətə göndərilən və ya "çevik” rejimdə işləyən dövlət məmurları da işə başlayacaqlar.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031