Maqazİn

Türkiyəli məşhurlardan ermənilərin Gəncədə törətdiyi terrora REAKSİYA - FOTO

Türkiyəli məşhurlardan ermənilərin Gəncədə törətdiyi terrora REAKSİYA - FOTO
Gəncədə baş vermiş terror hadisəsinə türkiyəli məşhur müğənnilər də biganə qalmayıb. 
 
Sfera.az xəbər verir ki, onlar öz sosial media hesablarından erməni vandalizminə nifrətlərini bildiriblər:

Alişan: "Mülki əhalini vuracaq qədər alçaqsınız. Başımız sağ olsun".
 

Doğuş: "Dinc əhalini alçaqlar vurur, terrorist Ermənistan. Keçmiş olsun Azərbaycanım".



Murat Boz: "Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə edilən xain hücum nəticəsində ölənlərə rəhmət, yaralananlara şəfa diləyirəm. Dualarımız sizinlədir. Başımız sağolsun".
 

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri bu gecə Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutub. Nəticədə 13 nəfər həlak olub, 52 nəfər yaralanıb. Həmçinin çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Jalə Mehdi
Sfera.az

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031