Sİyasət

Türkiyənin Baş prokurorundan azərbaycanlı həmkarına məktub

Türkiyənin Baş prokurorundan azərbaycanlı həmkarına məktub
Türkiyənin Ali Apellyasiya Məhkəməsi Baş prokuroru Bekir Şahin Azərbaycan Baş prokuroru Kamran Əliyevə göndərdiyi məktubda Ermənistanın hücumlarını qınayıb.

Sfera.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, Şahin məktubda Ermənistanın Azərbaycanın mülki yaşayış məskənlərinə hücumundan təəssüfləndiyini bildirib.

"İşğalçı Ermənistanın Azərbaycana, dinimizə və qan qardaşımıza, bir millətə və iki dövlətə qarşı törətdiyi terror hücumunu qınayıram. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, məkanları cənnət olsun. Yaralılara təcili şəfa arzulayıram. Özünüzə isə dərin hüznlə başsağlığı verirəm”,- deyə məktubda qeyd olunub.

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031