Dünya

Türkiyənin ən reytingli Radiosu "Kral FM"-dən Azərbaycana dəstək - Azərbaycanın yanındayıq

Türkiyənin ən reytingli Radiosu
 Sfera.az xəbər verir ki, Türkiyənin ən məşhur radio aparıcısı Ali Şentürk öz canlı efirində Azərbaycana dəstək ifadə edib.
 
"Afrikalı Ali" təxəllüsüylə məşhur olan aparıcı dəstək bəyanatının ardından radioda müğənni Azərinin "Çırpınırdı Qara Dəniz” mahnısını səsləndirilib.

"Azərbaycan 4 şəhid verib. 4 Azərbaycanlı qardaşımız haqqın rəhmətinə qovuşub. Erməni tərəfindən ölənlərin sayı daha çoxdur. Ürəyi əsgərlərimizlə döyünən hər kəsə sevgilər və salamlar. Qardaş Türkiyə Azərbaycanın yanındadır”,-deyən Ali Şentürk şəhidlərimizə də Allahdan rəhmət diləməyi unutmayıb.
 
Ali Şentürkə bu mövqeyi üçün Sfera.Az komandası olaraq təşəkkürümüzü bildiririk.
 

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31