Gündəm

Türkiyənin Azərbaycandakı səfiri: Mənsimovla vaxtaşırı görüşürük

Türkiyənin Azərbaycandakı səfiri: Mənsimovla vaxtaşırı görüşürük

"Mais Mənsimov hazırda Türkiyənin fəxri konsulu vəzifəsinin icrasını davam etdirir”.


Bu sözləri Sfera.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral deyib.


FETO işinə görə saxlanılan "Palmali” Şirkətlər Qrupunun prezidenti, milyarder Mübariz Mənsimovun qardaşının bu vəzifəni icra etməsinə münasibət bildirən səfir bunda problem olduğunu düşünmür: "Hər kəs törətdiyi cinayətə görə özü məsuliyyət daşıyır. Bu səbəbdən Mais Mənsimov hazırda öz vəsifəsinin icrasını davam etdirir. Zərurət yarandığı hallarda işlə əlaqədar Mais müəllimlə vaxtaşırı görüşürük. Mübariz Mənsimovun məhkəməsinə gəlincə isə onu demək istərdim ki, proses davam etdiyindən onun hansısa məsələdə cinayət törətməsi təsbit olunmayıb”.


Səfirliyin Mənsimovlar ailəsinin digər üzvləri ilə təmas qurub-qurmadığı sualımızı isə səfir belə cavablandırıb: "Mənsimovlar ailəsi ilə rəsmi səviyyədə maraqlanmağımız üçün bu günə qədər heç bir səbəb olmayıb”.

 

 

Selcan

Sfera.az

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031