İdman

UEFA avrokubokları dayandırdı - RƏSMİ

UEFA avrokubokları dayandırdı - RƏSMİ
 

UEFA Çempionlar Liqası və Avropa Liqasının oyunlarını dayandırıb. 

Sfera.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, gələn həftəyə nəzərdə tutulan bütün oyunlar təxirə salınıb.

Buraya martın 17-18-nə planlaşdırılan ÇL-in 1/4 final mərhələsinin "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya), "Yuventus" (İtaliya) - "Lion" (Fransa) görüşləri, AL-in 1/8 final mərhələsinin martın 19-da keçirilməli olan cavab qarşılaşmaları, UEFA Gənclər Liqasının 1/4 final mərhələsinin bütün qarşılaşmaları daxildir.

Matçların yeni tarixi barədə qarşıdakı günlərdə məlumat veriləcəyi bildirilib.

Bundan başqa, martın 20-nə planlaşdırılan Çempionlar Liqası və Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi də təxirə salınıb.

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31