İdman

UEFA yeni turnir təşkil edə bilər - Yay Çempionlar Liqası

UEFA yeni turnir təşkil edə bilər - Yay Çempionlar Liqası

UEFA yeni turnir təşkil edə bilər.

Sfera.az qol.az-a istinadən xəbər verir ki, UEFA və ABŞ-ın "Relevent Sport" şirkəti 2021-ci ilin yayında klublar arasında yeni böyük turnir keçirməklə bağlı danışıqlar aparır.

Bildirilib ki, 2013-cü ildən keçirilən Beynəlxalq Çempionlar Kubokunun əsasında Yay Çempionlar Liqası təşkil edilə bilər. UEFA rəhbərliyi yeni turnirə rəsmi status və yarış xarakteri verməyi düşünür. Turnirdə təsnifat, qrup və "pley-off" mərhələlərinin keçirilməsi planlaşdırılır.

Qeyd olunub ki, yarışın layihəsi artıq İngiltərə Premyer Liqasının bir sıra klubuna təqdim olunub. "Mançester Yunayted", "Mançester Siti", "Arsenal", "Liverpul" və "Tottenhem"in artıq bu turnirə razılıq verdiyi bildirilib. Sözügedən klublar yarışda iştiraka görə istədikləri məbləği də açıqlayıblar.

 

Xatırladaq  ki, "Relevent Sport" Beynəlxalq Çempionlar Kubokunun təşkilatçısıdır.

 

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930