Dünya

Ukrayna 10 milyon dozalıq peyvənd alır

Ukrayna 10 milyon dozalıq peyvənd alır
Ukrayna hökuməti "Pfizer” şirkəti ilə 10 milyon doza peyvənd üçün razılıq əldə edib.

Sfera.az xəbər verir ki, bu ilin sonuna kimi "Pfizer” şirkətindən ümumilikdə 20 milyon doza peyvənd alınacaq.

Razılaşmaya əsasən, may və iyun aylarında 500 min, cari ilin 3-cü rübündə 4 milyon, qalan 15 milyon doza peyvənd isə ilin sonunda təmin ediləcək.

Qeyd edək ki, Ukraynada fevralın 24-dən bu günə kimi 752 min 295 nəfər koronavirusa qarşı peyvənd olunub.

XƏBƏR LENTİ

«    May 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31