Dünya

Ukrayna mətbuatı prezidentin çıxışından yazdı

Ukrayna mətbuatı prezidentin çıxışından yazdı
Ukraynanın aparıcı KİV-ləri Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı bir sıra yaşayış məntəqələrini, o cümlədən Zəngilan rayonunun azad etməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətini işıqlandırıb.

Sfera.az xəbər verir ki, Ukraynanın nüfuzlu "RBK-Ukrayna”, "Segodnya”, "Korrespondent” portallarında dərc edilən məqalələrdə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fikirlərinə istinadla Zəngilan şəhəri daxil olmaqla rayonun 6 və Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndinin işğaldan azad olunduğu qeyd edilib.

Məqalələrdə, həmçinin Ermənistanın 241 tankının məhv edildiyi, 39 tankın isə hərbi qənimət kimi götürüldüyü vurğulanır.

XƏBƏR LENTİ

«    Noyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30