No Image
No Image

Unibank biznes sahibləri üçün kartları pulsuz etdi, komissiyaları endirdi

Unibank biznes sahibləri üçün kartları pulsuz etdi, komissiyaları endirdi
 

Yerli biznesin etibarlı tərəfdaş dəstəyinə ehtiyac duyduğu bu günlərdə, Unibank biznes sahibləri üçün yeni kampaniya keçirir. "Gəl bizə” kampaniyası mayın 12-dən başlayır və biznes sahiblərinə çoxsaylı güzəştlər nəzərdə tutulur. Kampaniya müddətində bankda hesab açan hüquqi şəxslər və fərdi sahibkarlar aşağıda qeyd olunan xidmətlərindən çox sərfəli şərtlərlə faydalana biləcəklər:

- Biznes kartlar- Pulsuz

 

- Əmək haqqı kartları - Pulsuz

 

- Əmək haqqı layihəsi üzrə komissiya- 50% endirim

 

- Ölkədaxili pul köçürmələri üzrə komissiya- 50% endirim

 

- Konvertasiya üzrə komissiya- 50% endirim

"Unibank”da hesab açmaq istəyən fərdi sahibkarlar banka gəlmədən hesab aça bilərlər.Onlayn hesab açılan zaman rekvizitlər birbaşa biznes sahibinin özünə göndərilir və hesabı aktivləşdirmək üçün də banka gəlməyə ehtiyac qalmır.

"Unibank”da onlayn hesab açmaq üçün sadəcə bunları etmək lazımdır:

- Unibank.az saytından (https://hesab.unibank.az/login) "Onlayn hesab açın” bölməsinə daxil olursunuz;

- Buradakı ərizə formasını doldurub ASAN İmza vasitəsilə imzalayırsınız;

- Sizə uyğun vaxtda bank ilə videozəng əlaqəsi qurduqdan həmən sonra hesabınız aktiv edilir və rekvizitlər sizin elektron poçtunuza göndərilir;

- Onlayn hesab açılan kimi dərhal İnternet Bankinq və Mobil Bankinq xidmətləri də aktiv olunur və hesabınızda istədiyiniz əməliyyatı artıq apara bilərsiniz.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 10.00-dan 14.00-dək "Qara Qarayev”, "İçərişəhər” , "Dərnəgül”, "Yasamal”, 15 saylı, "Neftçilər”, "Əhmədli”, "Əcəmi” filiallar və "Unibank- biznes mərkəzi”nə, eləcə də "Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondanhttp://www.unibank.az/az/corporate-clientsəldə etmək olar.

Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ramin Quluzadə yeni vəzifəyə TƏYİN EDİLDİ - Eksklüziv

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilmiş sabiq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Namiq oğlu Quluzadə yeni...

Azərbaycanda siqaret yenidən BAHALAŞACAQ

Azərbaycanda bir neçə mala aksiz dərəcələri tətbiq ediləcək. Sfera.az-ın xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir. Bunlar aş...

Transxəzər üçün ümidlər artır, amma... – Türkmənistanla yaxınlaşma ideyanı yenidən gündəmə gətirir

"Transxəzər layihəsinin reallaşdırılması üçün imkanlar var. Xəzərin statusunun müəyyənləşdirilməsi, Türkmənistanla neft-qaz sahəsində əməkdaşlığın inkişafı Tr...

Bakı sakini özünü 18 mərtəbəli binadan atdı - VİDEO

Bakıda naməlum şəxs özünü 18 mərtəbəli yaşayış binasından atıb. Sfera.az  xəbər verir ki, hadisə Xətai rayonu, Xudu Məmmədov küçəsində "TikMat" kimi ...

Unibank “Qarabağ Dirçəliş Fondu”na 100.000 AZN vəsait köçürdü

Unibank öz brend strategiyasının əsas istiqamətlərindən olan korporativ sosial məsuliyyət sahəsində ölkəmizin inkişafına dəstək olan vacib layihələrin həyata...

Tarkanla məşhur reper arasında QALMAQAL: "Ya klipi sil, ya da..." – VİDEO

Meqastar Tarkanla məşhur reper Murda arasında qalmaqal yaşanıb. Sfera.az xəbər verir ki, "O Ses Türkiye rep”in münsiflər heyətində olan Murda "Napıyon Lan...